Bakı-Quba yolunun 27-ci kilometrliyi, Sumqayıt şəhəri ərazisində vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin arxa təkərləri yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər