Sumqayıtda gecə saatlarında ağaclar kəsildi - Foto

sumqayitda-gece-saatlarinda-agaclar-kesildi
Oxunma sayı: 5361

Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilərək məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sülh küçəsində, 30-cu məhəllə ərazisində baş verib. Elektrik mişarı vasitəsilə yaş köküstə, bioloji inkişafda olan 50 illik şam və küknar ağacları doğranaraq məhv edilib. 

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Xeberle.com-a bildirilib ki, baş verən hadisədən xəbərdardırlar: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”.