Sumqayıtda hərbi sursat aşkar edildi - Video+Fotolar

sumqayitda-herbi-sursat-askar-edildi
Oxunma sayı: 1103

Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində hərbi sursatın aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın iki ədəd BR-281 zirehdələn-izlikli tank mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.