Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü + Fotolar

sumqayitda-iki-yuk-masini-toqqusdu
Oxunma sayı: 5477

Sumqayıt şəhərində hər iki sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo"nun FHN-ə istinadən verdiyi xəbərə görə, mayın 30-u gecə saatlarında Sumqayıt şəhərində “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.