Sumqayıtda ikimərtəbəli evdə yanğın

sumqayitda-ikimertebeli-evde-yangin
Oxunma sayı: 2155

Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evdə yanğın baş verib. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, evin mətbəxində 1 ədəd paltaryuyan maşın, 1 ədəd aspirator və mebel 3 m² sahədə yanıb. 

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 20 m² sahədə, 1 ədəd plastikdən ibarət qapı və pəncərə çərçivəsi əriyib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.