Sumqayıtda kitab bayramı keçirildi - - Fotolar

sumqayitda-kitab-bayrami-kecirildi-
Oxunma sayı: 3494


“Qafqazinfo” xəbər verir ki, ədəbiyyatı təbliğ etmək, gənc nəsildə kitaba məhəbbət aşılamaq məqsədi ilə şəhərdə ənənəvi olaraq bu səpkidə tədbirlər keçirilir. Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbirdə şəhər rəhbərliyi, şəhər ictimaiyyəti və minlərlə şəhər sakini iştirak edib.

Tədbirdə   müxtəlif janrlı və məzmunlu 10 mindən çox nüsxə kitab təqdim olunub. Tərtibatın özü də informasiya-maarif xarakteri daşıyıb. Meydanda kitablarla dolu stendlər, rəflər düzülüb. Tədbirdə Sumqayıtla yanaşı paytaxtın bir çox kitab mağazaları və nəşriyyatları da təmsil olunub. Kitab bayramında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş əsərlərə geniş yer verilib. Tədbirdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının Qurban Səidin “Əli və Nino” əsərindən hazırladığı tamaşa bayramı daha da maraqlı edib. Bu tədbir minlərlə şəhər sakininin marağına səbəb olmaqla yanaşı onlarda kitaba olan həvəsi daha da artırıb. Bayram konsert proqramı ilə davam edib.