Sumqayıtda “Kitab günü” - Fotolar

sumqayitda-kitab-gunu
Oxunma sayı: 875

Nizami Gəncəvi adına Kitabxana-klubda “Sən də bir kitab oxu!” şüarı altında Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə “Kitab günü” keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd mütaliəyə marağın artırılması, yeniyetmə və gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımıza daxil edilməsinə nail olmaqdır.

Tədbirdə AYB Sumqayıt bölməsinin, Ə.Kərim adına Poeziya klubunun nümayəndələri, şəhər kitabxanalarının və mədəniyyət müəssisələrinin kollektivləri iştirak edib.

Gün ərzində keçirilən silsilə tədbirlərdə tanınmış yazarlarla görüş, imza mərasimləri, flaşmob, balaca oxucular üçün “Cik-cik xanım” və “Cırtdan” nağılları əsasında hazırlanmış tamaşalar, əyləncəli viktorinalar, Azərbaycan və dünya xalq nağılları əsasında ucadan oxu maraqla qarşılanıb.

Tədbirdə həmçinin kitabxanaların fəal oxucuları Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi, S.Vurğun adına Mərkəzi kitabxana tərəfindən fəxri fərmanla təltif olunub.