Sumqayıtda mənzildə meyit tapıldı

sumqayitda-menzilde-meyit-tapildi
Oxunma sayı: 4039

Sumqayıt şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Hüseynov Akif Nürəddin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.