Sumqayıtda Nizami Gəncəvinin heykəli dağıdılıb? - Rəsmi açıqlama

sumqayitda-nizami-gencevinin-heykeli-dagidilib
Oxunma sayı: 3648

Sumqayıtda Nizami Gəncəvinin heykəlinin dağıdılması ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev “Qafqazinfo”ya bildirib ki, heykəl dağıdılmayıb, sadəcə yeri dəyişdirilir:

“Şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr şəhərin 70 illiyi ərəfəsində, yaxın zamanlarda kinosevərlərin ixtiyarına veriləcək. O ki qaldı heykəlin sökülməsinə, sumqayıtlıları narahat edən həmin məsələ də öz həllini tapacaq. Belə ki, bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli bundan sonra kinoteatrın qarşısında ucalacaq”.