Sumqayıtda 36 yaşlı qadın anasını bıçaqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə aprelin 16-da şəhərin 4-cü mikrorayonunda baş verib.
1986-cı il təvəllüdlü Günel Əliyeva yaşadığı mənzildə anası, 1957-ci il təvəllüdlü Zemfira Əliyevaya çoxsaylı bıçaq zərbələri endirib.
Z.Əliyeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun bədənində 6 kəsilmiş-deşilmiş xəsarət aşkar edilib və reanimasiyaya yerləşdirilib.
Anasını bıçaqlayan G.Əliyeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər