Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ehtiram Cavanşirli tutulub.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon sakini olan S.Nuriyevanın çantasından içərisində 820 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Cavanşirli saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər