Sumqayıtda qarşıdurma – - Video

sumqayitda-qarsidurma-
Oxunma sayı: 8486

Bir müddət öncə Sumqayıtda 10-cu mikrorayonun sakinləri ərazinin Babək küçəsi hissəsində obyekt tikintisi və bu tikintinin sakinlərin gediş-gəliş yolunun kəsməsi səbəbindən etiraz aksiyası keçirmişdilər.

Sakinlər sahibkara etirazlarını ərazidə ağac əkməklə bildirmişdilər. Ötən gün isə ağaclar sahibkar tərəfindən kökündən çıxarılıb. 10-cu mikrorayon sakinlərinin buna etiraz etməsi isə polisin müdaxiləsi ilə nəticələnib. Polis narazı sakinləri hadisə yerindən uzaqlaşdırıb. Hazırda ərazidə 2 post-patrol xidməti maşını var və ərazidə polis əməkdaşları keşik çəkirlər.

xeberle.com


Ağacları kökündən belə çıxardılar: