Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 2-də saat 14 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində şəhər sakini Samir İsmayılovun idarə etdiyi “BMW” və Ağsu rayon sakini Sahəddin Mədətovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə S.Mədətov və 2 sərnişini xəstəxanaya yerləşdirilib, olardan arvadı Səkinə orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər