Sumqayıtda qəzada yaralanan piyada öldü

sumqayitda-qezada-yaralanan-piyada-oldu
Oxunma sayı: 925


“Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi xəbərə görə, avqustun 11-də saat 19 radələrində Sumqayıt şəhəri Nizami küçəsində şəhər sakini İslam Qafarov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən həmyerlisi Nurəddin Ələsgərovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada avqustun 12-də orada ölüb.