Sumqayıtda qonşusu olan qadını amansızlıqla qətlə yetirdi

sumqayitda-qonsusu-olan-qadini-amansizliqla-qetle-yetirdi
Oxunma sayı: 7433

Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Sevinc Abdullayeva 29 bıçaq zərbəsi ilə kişi qonşusu tərəfindən qətlə yetirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.