Sumqayıtda sığorta şirkətinin ofisində yanğın olub.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Azərsığorta" şirkətinə məxsus ümumi sahəsi 50 kv.m olan 1 otağında 6 kv.m sahədə arxiv sənədləri yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 10 kv.m sahədə əriyib.
Sığorta şirkətinin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər