Sumqayıtda peşə liseyində baş verən tüstülənmədən 4 nəfər zəhərlənib.
“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, fevralın 10-da saat 13 radələrində Sumqayıt şəhərində yerləşən 10 saylı peşə liseyinin dəhlizindəki elektrik qutusunda qısaqapanmadan tüstülənmə baş verib.
Orada yaşayan Qubadlı rayon sakinləri Elman Yusifov, arvadı Elmira, qonşuları Əli Abdullyev və Afaq Yusifova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Son xəbərlər
Son Xəbərlər