Sumqayıtda üç ayda 9 evi soyanlar ələ keçdilər

sumqayitda-uc-ayda-9-evi-soyanlar-ele-kecdiler
Oxunma sayı: 1738

Sumqayıtda bu ilin martından iyunun 1-dək olan müddətdə 9 evdən oğurluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, evlərdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər - Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.

Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd