Sumqayıtda uşaq bağçasının yaxınlığında iki qumbara tapılıb - Foto

sumqayitda-usaq-bagcasinin-yaxinliginda-iki-qumbara-tapilib
Oxunma sayı: 1113

Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 2 ədəd qumbaranın tapılması barədə məlumat daxil olub.
 
ANAMA-dan “Qafqazinfo”ya verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.
 
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə uşaq bağçasının yaxınlığında məişət tullantıları sahəsinə baxış keçirilib, nəticədə iki ədəd F-1 əl qumbarası aşkar olunub.
 
Qumbaralar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.