Sumqayıtda vaqon tipli ev yanıb

sumqayitda-vaqon-tipli-ev-yanib
Oxunma sayı: 1121

Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 40 kv.m olan vaqon tipli 3 otaqlı evin taxta üzlüyü və əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.