Sumqayıtda vurulan piyada öldü

sumqayitda-vurulan-piyada-oldu
Oxunma sayı: 2377

Sumqayıt şəhərinin Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza iyunun 11-də saat 14 radələrində qeydə alınıb. 

Xaçmaz rayon sakini İ.Hacıyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakini İradə Şıxəliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.