Sumqayıtda yanğın - Yaralananlar var

sumqayitda-yangin
Oxunma sayı: 2039

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 60 kvadratmetr olan istifadəyə yararsız tikilinin içərisində 3 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.