Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

sumqayitda-yasayis-binasinda-yangin
Oxunma sayı: 1863

Sumqayıtda yanğın qeydə alınıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, şəhərdə 9 mərtəbəli yaşayış binalarının birində 10 m2 sahədə məişət və taxta tullantıları yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın qısa zamanda söndürülüb, zirzəmi və mənzillər yanğından mühafizə olunub.