Sumqayıtdakı parkda ağaclar kəsilir? - Açıqlama - Video

sumqayitdaki-parkda-agaclar-kesilir
Oxunma sayı: 2738

Sumqayıtda yerləşən Nəsimi parkında ağacların kəsildiyi bildirilir.

Bununla bağlı görüntüləri “Qafqazinfo”ya göndərən vətəndaş iddia edib ki, bu məqsədlə parkın ətrafı hasarlanıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq məlumatın əsassız olduğu bildirildi:

“Orada ağac kəsilmir. Hasar əvvəldən olub. Ərazidə abadlıq işləri aparılır. Hasar da təhlükəsizlik məqsədilə çəkilib”.

Həmin görüntüləri təqdim edirik: