Sumqayıtdakı partlayışda xəsarət alanların vəziyyəti necədir?

sumqayitdaki-partlayisda-xesaret-alanlarin-veziyyeti-necedir
Oxunma sayı: 1335

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan 4 nəfərin (2-si böyük, 2-si uşaq olmaqla) müalicələri Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“1986-cı il təvəllüdlü kişi və 1990-cı il təvəllüdlü qadına Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü oğlan, 2008-ci il təvəllüdlü qıza isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir.

1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir”, - TƏBİB-dən bildirilib.