Sumqayıtdakı peşə festivalında insident - Həbs edilən var

sumqayitdaki-pese-festivalinda-insident
Oxunma sayı: 4574

Mayın 18-də Sumqayıt şəhərində keçirilən peşə festivalı zamanı insident baş verib.

“Qafqazinfo”nun məlumatına görə, festivala gələn 25 yaşlı S.Vəliyev uca səslə qışqırmağa, ünvansız söyüşlər söyməyə başlayıb. O, quraşdırılmış səhnədə musiqilər səsləndirən DJ-yə yaxınlaşaraq dediyi mahnını qoymasını tələb edib.

Ərazidəki polis əməkdaşları S.Vəliyevi saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə aparıblar. Məlum olub ki, həmin şəxs sərxoş vəziyyətdədir.

S.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib və məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka həbs cəzası verilib.

Nizam Rza