Sumqayıtdakı qətli törədən 22 yaşlı kişi saxlanıldı

sumqayitdaki-qetli-toreden-22-yasli-kisi-saxlanildi
Oxunma sayı: 1869

Dünən Sumqayıt şəhərində 52 yaşlı Sədiyar Novruzovu qətlə yetirən şəxs saxlanılıb.

Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, onu qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərli şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürüb.

 Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci  (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.