Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhərinin Koroğlu küçəsində ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, martın 12-də saat 2 radələrində Qubadlı rayon sakini Şamil Həsənovun idarə etdiyi “Hyundai” və şəhər sakini Eldar Həsənovun idarə etdiyi “OKA” markalı avtomobillər toqquşub.
Nəticədə E.Həsənov və sərnişini, həmyerlisi Vüsal Quliyev hadisə yerində ölüblər. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər