Sumqayıtdakı yanğında 20 sakin təxliyyə edilib

sumqayitdaki-yanginda-20-sakin-texliyye-edilib
Oxunma sayı: 809

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.