Heyətini gücləndirmək istəyən “Xəzər Lənkəran”ın düşərgəsinə bu gün daha iki futbolçu qoşulacaq.
Bu barədə “Qafqazinfo”ya məlumatı “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu verib.
Klub rəsmisi bildirib ki, “Sumqayıt”dan ayrılan hücumçu Mirzağa Hüseynpur və Ramil Abışov komandanın toplanışına qatılacaq. Onlar haqqında qərarı baş məşqçi Elbrus Məmmədov verəcək.
Son xəbərlər
Son Xəbərlər