Sumqayıtın simvolunun müəllifi vəfat etdi

sumqayitin-simvolunun-muellifi-vefat-etdi
Oxunma sayı: 2387

Sumqayıtın məşhur “Sülh göyərçini” abidəsinin müəllifi dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, şəhərin baş rəssamı, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında vəfat edib.

Qeyd edək ki, Vaqif Nəzirovun müəllifi olduğu əsər Moskvada medala layiq görülüb və Sumqayıtın simvolu sayılır.