“Sumqayıt”la “Keşlə” finalda!

sumqayitla-kesle-finalda
Oxunma sayı: 1411

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

“Qafqazinfo” günün ikinci matçında “Zirə” “Keşlə”ni qəbul edib. Komandalar arasında “ASK Arena”da keçirilən ilk görüşdə “Zirə” 2:1 hesablı qələbə qazanıb. Cavab görüşündə isə “Keşlə” əsas vaxtda 2:1 qalib olub. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə yarım saatda komandalar hərəyə daha bir qol vurublar. Bu nəticə “Keşlə”ni finala daşıyıb.

Qeyd edək ki, yarımfinalın digər matçında “Sumqayıt” “Qarabağ”ı penaltilər seriyasında məğlub edərək adını finala yazdırıb.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
29 aprel

Zirə – Keşlə 2:3
Qol: Ş.Əliyev, 48-öz qapısına. K.Bauk, 111 – S.M.Kolli, 66; 90+1-pen; 92.
Qırmızı vərəqə: L.Corveviç, 88.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 20:00.
İlk oyun – 2:1.