Sümük iliyi köçürülənlərin sayı açıqlandı

sumuk-iliyi-kocurulenlerin-sayi-aciqlandi
Oxunma sayı: 2025

“2020-ci ilin aprel ayından “Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbirdə deyib.

“2020-ci ilin aprel ayından 2022-ci ilin may ayına qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində 39 nəfər sümük iliyi transplantasiyası əməliyyatı olunub.

Əməliyyat olunanların 26-sı 1-12 yaş arası uşaqlardır”.

Z.Əliyev qeyd edib ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr Dövlət Proqramına uyğun olaraq, ödənişsiz həyata keçirilir.

Eyni zamanda, əməliyyata hazırlıq dövründə istifadə edilən dərmanlar, kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün təyin olunan immunosupressiv dərmanlar da xəstələrə ödənişsiz verilir.