Süni intellektlə hazırlanmış COVID-19 dərmanının klinik sınaqlarına başlanıldı

suni-intellektle-hazirlanmis-covid-19-dermaninin-klinik-sinaqlarina-baslanildi
Oxunma sayı: 1882

Süni intellektlə hazırlanmış ilk yeni növ koronavirus (COVID-19) dərmanının insanlar üzərində klinik sınaqlarına başlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Honq-Konqda yerləşən “Insilico Medicine” açıqlama yayıb.

Bildirilib ki, ISM3312 terapevtik məhsulunun preklinik tədqiqatlarda viral yükü və ağciyərlərdə iltihabı “əhəmiyyətli dərəcədə azaltdığı”aşkar edilib.

Kanadalı alim Aleks Javoronkov açıqlamasında təsisçisi və top-meneceri olduğu şirkətin tibb sahəsində süni intellektlə işlədiyini bildirib.

Javoronkov İSM3312 terapevtik məhsulunun insanlar üzərində klinik sınaqlarının Çində başlayacağını bildirib.