Süni mayalanma, təbii mübahisələr...

suni-mayalanma-tebii-mubahiseler
Oxunma sayı: 1557


Məlumatda o da vurğulanıb ki, qurum dini mərkəz olaraq bu məqamlara dair ətraflı fikir və rəyləri “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsinin müzakirələri gedərkən Milli Məclisin müvafiq komitəsinə təqdim edib.

“Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanunda Qafqaz Müsəlmanları İdarəsinin qeyd etdiyi məqamlar əksini tapacaqmı?

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev “Media forum” saytına bildirib ki, sözügedən qanun layihəsində süni mayalanma ilə bağlı ziddiyyətli məqam yaranıb: “Qafqaz Müsəlmanları İdarəsi özlüyündə haqlıdır. Qurum bildirir ki, ölkə əhalisinin çoxu müsəlmandır. Müsəlman ölkələrinin heç birində donorluğa icazə verilmir. Amma bir məsələ də var ki, “Əhalinin sağlamlığının qorunması haqqında” 1996-cı ildə qəbul edilən qanuna görə ölkədə donorluğa icazə verilir. Belə çıxır ki, Qafqaz Müsəlmanları İdarəsinin dediyini əsas götürsək, əvvəlki qanunun mövcud maddəsini ləğv edib ölkədə donorluğa qadağa qoymalıyıq. Onda da problem yaranır, dünya ölkələri bizə necə baxacaq? Deyəcəklər, hüquqi dövlət elan etmisiniz, müstəqilliyin bərpasından 5 il sonra qanuna mütərəqqi maddə salmışınız, üstündən 18 il keçəndən sonra yenidən geri qayıdırsınız?”

Musa Quliyev hesab edir ki, sözügedən məsələdə fikir ayrılığı yarandığı üçün problem ətrafında müxtəlif kateqoriyalı mütəxəssislərlə, siyasətçilərlə məsləhətləşmək lazımdır: “Qanun layihəsinin müzakirəsi də buna görə yubanır. Milli Məclisin yaz sessiyasının gündəliyində yoxdur. Payız sessiyasının gündəliyinə çıxarılsa, məsələnin  hansı variantda həll edilməsinə baxacağıq”.