"Qafqazinfo"ya daxil olan məlumata görə, Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib. Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan “Vest Produkt Marketinq” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
***
Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında “Tulçinka” yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib. Bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan “Komrad” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Son xəbərlər
Son Xəbərlər