Sünnət olunmaq üçün klinikaya aparılan körpə öldü

sunnet-olunmaq-ucun-klinikaya-aparilan-korpe-oldu
Oxunma sayı: 5499

Sünnət olunmaq üçün özəl klinikaya aparılan uşaq qəfil vəfat edib.

“Qafqazinfo” Lent.az-a istindən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.

Bildirilib ki, Abşeron sakini 4 aylıq Məhəmməd Əliyev klinikaya sünnət olunmaq üçün gətirilibmiş.

Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır. 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.