“Qalatasaray”ın prezidenti Dursun Özbek Türkiyə Super Kubokunun Bakıda keçirilmə ehtimalına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə jurnalistin sualını cavablandırıb:
“Çox yaxşı olar. Bakıya gedəndə gördüyümüz münasibət Türkiyədən fərqli deyil. Azərbaycandakı qardaşlarımızı da məmnun etmiş olarıq . Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək. Bunun üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik”.
Qeyd edək ki, Türkiyə Super Kuboku oyunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır. “Qalatasaray” həlledici matçda “Fənərbaxça” ilə qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər