Super Liqa bərpa olundu, “Fənərbaxça” qələbə qazandı

super-liqa-berpa-olundu-fenerbaxca-qelebe-qazandi
Oxunma sayı: 2019

Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasına yenidən bərpa olunub.

"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə 27-ci tur çərçivəsində iki qarşılaşma baş tutub.

Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən “Fənərbaxça” autsayder “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb. Lider “Trabzonspor” isə İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.

Türkiyə Super Liqası
27-ci tur
12 iyun

Fənərbaxça – Kayserispor 2:1
Qol: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.

Göztəpə – Trabzonspor 1:3
Qol: A.Öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.