Super Liqada təxirə salınmış oyunların vaxtı açıqlandı

super-liqada-texire-salinmis-oyunlarin-vaxti-aciqlandi
Oxunma sayı: 2373

Türkiyə Super Liqasının 23-cü turunda zəlzələ səbəbindən təxirə salınmış oyunların keçiriləcəyi vaxt açıqlanıb. 

“Qafqazinfo”  xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.

"Giresunspor" - "Kayserispor", "Fənərbağça" - "Konyaspor" oyunları fevralın 25-də olacaq. "Ümraniyespor" - "Adana Demirspor" görüşü isə fevralın 26-da keçiriləcək.

Həmçinin bildirilib ki, İstanbuldakı terror səbəbindən 16-cı turda təxirə salınan "Beşiktaş" - "Antalyaspor" qarşılaşması da fevralın 26-də oynanılacaq.