“Super Sun” yağları yenə də medallar qazandırdı

super-sun-yaglari-yene-de-medallar-qazandirdi
Oxunma sayı: 2669

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Aysel Şıxəliyevanın rəhbərliyi ilə 7 nəfər aşpazdan ibarət iki komanda “Qarabağ” və “Azərbaycan” komandaları təmsil etdi. Beynəlxalq Kulinariya Çempionatında komandalarımız 11 fərdi yarışda və 4 komanda sinfində iştirak etdilər.

Aşpazlarımız yarışlarda yeməkləri “Azersun Holding”in “Super Sun” yağları ilə hazırlayıb, yüksək nailiyyətlər əldə etmişdirlər. Yağlar arasında keyfiyyəti ilə ən yüksək göstəriciləri olan “Super Sun” yağı müsabiqədə yüksək qiymətləndirilib.
Mətbuat konfransında Azərbaycan Milli Kulinariya Mərkəzinin Prezidenti Tahir Əmiraslanov bildirib ki, bu beynəlxalq uğur “Super Sun” yağları ilə qazanılan ilk uğur deyil. Ötən il Rusiyanın Çeboksar şəhərində keçirilən beynəlxalq çempionatda da “Super Sun” yağları komandamıza 3 qızıl medal qazandırmışdı.