Superkuboku “Borussiya” qazandı

superkuboku-borussiya-qazandi
Oxunma sayı: 1233


“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, həlledici görüşdə "Bavariya" və "Borussiya" (Dortmund) komandaları üz-üzə gəlib.

Ötən mövsüm Bundesliqanın qalibi və ölkə kubokunun sahibi olan "Bavariya" klubu bu oyunun əsas favoriti hesab olunurdu. Lakin bu görüşdə 2:0 hesabı ilə qalib gələn Dortmund təmsilçisi superkuboka yiyələnib.

Qeyd edək ki, bu, "Borussiya"nın tarixi ərzində qazandığı 5-ci superkuboku olub.

Almaniya superkuboku:

"Borussiya" (Dortmund) - "Bavariya" - 2:0

Qollar: Mxitaryan, 23 (1:0), Abameyanq, 62 (2:0)