Superliqa matçı ilk hissədən sonra davam etdirilmədi

superliqa-matci-ilk-hisseden-sonra-davam-etdirilmedi
Oxunma sayı: 1601

Türkiyə Superliqasının 22-ci turunda ötən gün keçirilən “Qaziantep” - “Yeni Malatyaspor” matçı yarımçıq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, buna güclü qar səbəb olub. Görüşün baş hakimi fasilədən sonra komandaların meydana çıxmasına icazə verməyib. Qonaqların baş məşqçisi Marius Sumudika hakimin qərarına etiraz edib və qırmızı vərəqə ilə cəzalandırılıb.

İlk hissədən sonra hesab açılmayıb.

Hər iki klub matçın bu gün davam etdiriləcəyini açıqlayıb.