Supulu tələb edən işçi döyüldü

supulu-teleb-eden-isci-doyuldu
Oxunma sayı: 3320

“Azərsu”yun işçisinə zor tətbiq edən vətəndaşa cinayət işi başlanıb.

Abşeron rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, fevralın 17-də “Azərsu” ASC-nin Abşeron rayon “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyul ayından istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edən E.Allahverdiyevə yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.