Süpürgəçi qadını vuran sürücü məlum oldu

supurgeci-qadini-vuran-surucu-melum-oldu
Oxunma sayı: 750

Bərdə rayonunda süpürgəçi qadını maşınla vurub öldürən sürücünün kimliyi məlum olub.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 29-da saat 10 radələrində Bərdə rayonunun Gəncə kəndində naməlum sürücünün idarə etdiyi "ZAZ" markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Məlahət Yusifova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İsrail Vəlizadə tutulub.

Araşdırma aparılır.

Murad Əhməd