Süpürgəçini maşın vurdu

supurgecini-masin-vurdu
Oxunma sayı: 1827

Bərdədə mikroavtobus süpürgəçi qadını vuraraq öldürüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Rayonun Lək kənd sakini Abdullayeva Aidəni yolun kənarını süpürərkən avtomobil vurub.

Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli