Süpürgəçini maşın vurub öldürdü

supurgecini-masin-vurub-oldurdu
Oxunma sayı: 3659

Beyləqanda 56 yaşlı süpürgəçi qadını avtomobil vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə hərəkət edən Rəşad Şükürov qəfil idarəetməni itirərək yolun kənarında təmizlik işləri aparan qadına çırpılıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qəza törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.