Süpürgəçini vurub öldürən sürücü qadın imiş

supurgecini-vurub-olduren-surucu-qadin-imis
Oxunma sayı: 1493

Daxili İşlər Nazirliyi ötən gün süpürgəçinin ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, məlumata görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunun H.Əliyev prospektində saat 9 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.