Suqovuşanda şəhid Soltan Məmmədovun anım günü keçirildi - Fotolar

suqovusanda-sehid-soltan-memmedovun-anim-gunu-kecirildi
Oxunma sayı: 1568

Suqovuşanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib. 

Agentlikdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov,  “Zəfər” İB-nin sədri Sevinc Alızadə, Millət vəkilləri  İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhidin ailə üzvləri, yazıçı-publisist Həmid Herişçi, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş “Yuxuda görmüsən” kompozisiyasının müəllifi, Bakı Musiqi Akademiyasının professoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova, şəhidin döyüş yoldaşları, vətən müharibəsi qaziləri, şəhid ailələri  və media nümayəndələri iştirak ediblər. 

Tədbir Hərbi orkestrin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova Soltan Məmmədovun xatirəsinə həsr edilən film üçün əməyi keçən hər kəsə təşəkkür edib.

Tədbir xalq artisti Samir Cəfərovun ifasında “Yuxuda görmüsən” kompozisiyasının təqdimatı ilə yekunlaşıb.