Şura kurs keçdi

sura-kurs-kecdi
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, layihəyə əsasən 200 QHT-yə “Günəş” mühasibat uçotu kompyuter proqramının öyrədilməsi və onlardan yarısının proqramla təmin edilməsi nəzərdə tutulur.

Sentyabrın 3-dən fəaliyyətə başlayan layihə çərçivəsində, 5 nəfəri regionlardan olmaqla, 10 nəfər mühasibin təlimçi kimi hazırlanmasına başlanıb. Təlimçilərin öyrədilməsi “Günəş Sistemi” proqramlar paketinin müəllifi olan “LİNK&A” MMC-nin əməkdaşları tərəfindən həyata keçirilir. Hazırlanmış təlimçilər öz biliklərini Şura tərəfindən təşkil ediləcək kurslarda QHT mühasiblərinə öyrədəcəklər. Kurslar Bakıda Milli QHT Forumunun ofisində, regionlarda isə Milli QHT Forumunun Quba, Şirvan, Şəmkir, Qəbələ və Mingəçevir RQRTM-lərinin ofislərində təşkil ediləcək.

Kurslara cəlb edilmə QHT rəhbərlərinin Şura Katibliyinə ünvanladığı rəsmi ərizəyə əsasən həyata keçiriləcəkdir. QHT rəhbərinin ərizəsinə əsasən kursa cəlb edilməsi təklif olunan mühasibin Azərbaycan dilində tərtib olunmuş şəxsi anketi (CV), şəxsiyyət vəsiqəsinin surəti, ixtisas üzrə diplom və ya sertifikatının surəti əlavə edilməli, mobil telefonunun nömrəsi və e-mail adresi göstərilməlidir. Kurslara müdavim seçimində üstünlük mühasibat ixtisaslı kadrlardan daha çox iş stajı və kompyuter bilikləri olanlara veriləcək. Seçim zamanı Şuraya təqdim edilmiş hesabatların keyfiyyəti də nəzərə alınacaq.

Layihəyə ümumi rəhbərlik Katibliyin baş mühasibi Tofiq Həsənov tərəfindən həyata keçirilir.

Sənədlərin təqdim edilməsi və digər məsələlər üçün Katibliyin əməkdaşı Cəmilə Əliyeva ilə əlaqə saxlamaq lazımdır. Əlaqə telefonu 493-15-81; 493-17-80 .